"Subbakalavrların ərizə qəbulu hələ elan edilmir”.
7News.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu barədə əsas imtahanlardan sonra məlumat veriləcək:
"Subbakalavrların sənəd qəbulu başlayanda bu barədə əlavə məlumat veriləcək. Çox güman ki, sənəd qəbulunu iyun ayının sonunda başlayacağıq”.
7News.Az








