RU
Subliminal mesajlarla idarə olunan beyinlər - Dəhşət, seks və ölüm - VİDEO
13:25
1526

Subliminal mesajlarla idarə olunan beyinlər - Dəhşət, seks və ölüm - VİDEO

Subliminal mesaj və ya şüuraltı mesaj anlayışlarını əvvəllər eşitmisinizmi? 

Eşitmisinizsə, bir az daha məlumat almaq və beynimizdə oynanılan oyunlara nəzər yetirmək istəyirsinizsə, 7News.az-ın təqdim etdiyi bu yazını oxumağınızı tövsiyə edirik.

Subliminal mesaj və ya şüuraltı mesaj başqa bir obyektin içində gizlədilmiş, normal şərtlərdə fərq edilməyən, ancaq beynimiz tərəfindən ayırd edilən mesajlardır. Bu üsul xüsusilə reklamçılıq və təbliğat sahələrində tez-tez istifadə edilir. Bu mesajlar bəzən bir şəklin içindəyerləşdirilir, bəzən bir filmin müəyyən kadrlarında, bəzən də dinlədiyimiz bəzi səslərdə...

Bu mesajlar sayəsində normalda heç vaxt qəbul etməyəcəyimiz bəzi anlayışlar fərqində olmadan ağlımıza yerləşir və fərqində olmadan mövqe və davranışlarımızda dəyişikliklər müşahidə olunur.
Məsələn, insan qulağı yalnız müəyyən titrəyiş tezliyi aralarındakı səsləri eşidir. Halbuki beynimizin quruluşu bundan daha aşağı, ya da daha yüksək tezlikləri qəbul edəcək gücdədir. 8-12 hers dalğa boyundakı subliminal mesaj ehtiva edən bir MP3-ü qulağınızla dinləsəniz, ancaq içindəki gizli mesajı beyniniz dinləyər. Bu zaman qulağınız heç bir şey eşitməz. İnternetdə və mübadilə proqramlarında bu mesajları əks etdirən MP3 faylları və həyata keçirən proqramlar var. Hətta bu gizli mesajları tezlik fasilələrinə görə təhlil edərək ortaya çıxaran cd-lər də var.

Bir də film sənayesində istifadə edilən 25-ci kadr texnikası məlumdur. 

Kino filmləri ard-arda gələn foto kadrları ilə ortaya çıxır. Gördüyümüz bir anlıq görüntü 24 foto kadrdan ibarətdir və elə gözünün də bir saniyədə görmə tutumu 24 kadrdır.  24 kadrdan sonra isə ötürülən gizli mesaj, 25-ci kadr formalaşdırılır, 25-ci kadrı isə artıq göz yox, beyin görür. Yəni 25-ci kadr ani bir xəyaldan ibarətdir və bu ani görüntü içində bizə verilmək istənilən gizli mesaj var. Göz bu görüntünü qəbul etmir, amma beyin qəbul edir.

Subliminal texnikalar əslində heç də yeni anlayışlar deyil. Demək olar ki, Birinci dünya müharibəsindən bəri yazılı informasiya vasitələrində istifadə edilib. Psixoloq və psixoanalitiklərin "İnsana necə təsir edə bilərik" sualına cavab axtarışları 1950-ci illərə qədər davam edib və bugünkü formasını almağa başlayıb. 

1956-ci ildə ingilis "Broadcasting" tikinti şirkəti ilk dəfə olaraq televiziya ekranlarından bu cür mesajları tamaşaçılara ötürüb. Sonra Amerika, Kanada, Meksika kimi digər ölkələrdə də buna bənzər sınaqlar keçirilib. Təcrübələr təkcə televiziya ilə məhdudlaşmayıb, 1958-ci ildə Çikaqo WAAF radio stansiyası musiqi verilişlərinin altında bu cür mesajlar ötürməyə başlayıb. Gözəl bir musiqi ilə beyinlərə "Bir stəkan qəhvə istəyirsənmi?" mesajını verib.  

Ən geniş yayılmış təcrübə isə Amerikada Ceyms Vicary adlı reklam mütəxəssisi tərəfindən 1957-ci ildə "Piknik" adlı bir filmdə tətbiq olunub. Hər 5 saniyədən bir tamaşaçılara 0,003 saniyəlik görüntülər vasitəsi ilə "Acmısınızmı? Partlamış qarğıdalı yeyin, kola için" mesajı verilib. Filmdən sonra partlamış qarğıdalı və kola satışların ciddi şəkildə artması müşahidə olunub.

Bu cür mesajların uğurlarını fərq edənlər bu texnikanı inkişaf etdirmək, təbliğat və zehin nəzarəti üçün də istifadə etməyin yollarını araşdırdılar və bunu etməyi bacardılar.

Yəqin ki, axı bu necə olur deyə düşündünüz...

Qeyd edək ki, beynimiz iki hissədən ibarətdir: şüur və şüuraltından. Şüuraltımız hisslərimizin, həyacanlarımızın, vərdişlərimizin və dəlillərimizin toplandığı hissədir. Başqa sözlə desək, aysberqin görünməyən hissəsidir. Məsələn, 5 mərtəbəli bir binaya çıxarkən pilləkənləri saymırsınız, amma beyninizdə bu sayı məlumdur və qeyd edilir. Uşaqlığımıza dair xatirələrimizi də şüuraltının qeydlərinin arasında tapmaq mümkündür. Eşitdiyimiz, gördüyümüz, amma anlamadığımız hər şey şüuraltında gələcəkdə yenidən istifadə edilmək üçün toplanır və gələcək hərəkətlərimizə istiqamət verir. 

Beyin gün ərzində qarşılaşdığı minlərlə mesajı sürətlə unudur. Üç növ mesajı isə unutmur və bunlar beyninə yerləşir: Dəhşət, seks və ölüm.

Məhşur "Harri Potter" filmində də bu 3 mesaj beyinlərə ötürülür. Şüuraltı təbiətimiz bunlara yox demir. Bunların reklamda və təbliğatda çox açıq istifadə olunma şansları yoxdur. O üzdən ən yaxşı üsul görüntülərin içinə gizlicə yerləşdirməkdir.




Ölüm və dəhşəti xatırlatmaq üçün istifadə olunan simvol kəllə sümüyü siluetidir. Seksi xatırlatmaq üçün yerləşdirilən görüntülər isə penis silueti, çılpaq bədənlər və müxtəlif şəkillərdə yazılmış seks yazılarıdır. Bu cür simvollar reklamlarda görülmeyecek şəkildə qoyulur və beləliklə şüuraltına yeridilir.//moderator



Təqdim edəcəyimiz videoda bu gizli mesajların maraqlı nümunələrini görə bilərsiniz:

7News.az

 

 
 
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ