İsveç alimləri 105 min adamın iştirak etdiyi irihəcmli tədqiqat aparıblar.
7News.Az-ın məlumatına görə, onlardan 60 mini qadın olub. Alimlər iyirmi il ərzində iştirakçıların qida rasionunu izləyiblər. Tədqiqatçılar könüllülərin nə qədər süd içməsi, yoqurt və pendir yeməsi ilə maraqlanıblar. Məlum olub ki, gün ərzində üç stəkan süd içən zərif cinsin nümayəndələrində omba sümüyünün sınması digərlərinə nisbətən 50 faiz çox olub.
Ümumiyyətlə, süd məhsulları xoşlayan iştirakçıların sümükləri daha tez sınırdı. Alimlər bunun səbəbini orqanizmin qocalmasını sürətləndirən laktozada görüblər. Bu maddə sümükləri daha kövrək edir. Eyni zamanda, ferment ərzaqlar sümüklərin sınma təhlükəsini azaldır.








