RU
Süd Yolu qalaktikasında sirli obyekt kəşf edilib
16:40
36

Süd Yolu qalaktikasında sirli obyekt kəşf edilib


Süd Yolunda tapılan sirli obyekt qara dəliklərin tədqiqatında irəliləyişə səbəb ola bilər.

7NEWS.az xəbər verir ki, İngiltərənin Mançester Universiteti və Almaniyanın Maks Plank İnstitutunun tədqiqatçılarının da daxil olduğu bir qrup Yerdən 40 min işıq ili uzaqlıqda millisaniyə pulsarı kəşf edib. Saniyədə 170 dəfə fırlanan bu pulsarlar neytron ulduzlarının bir növüdür. Cənubi Afrikadakı MeerKAT Radio Teleskopu tərəfindən aşkar edilən bu obyekt bütün məlum neytron ulduzlarından daha ağırdır və məlum olan ən kiçik qara dəliklərdən daha yüngüldür.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ