Sudan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkədə çalışan 15 diplomatından 48 saat ərzində ölkəni tərk etmələrini istəyib.
7NEWS.az xəbər verir ki, Sudan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, 15 Əmirlik diplomatının persona-non-qrata elan edilməsi qərarının BƏƏ-nin Sudandakı müvəqqəti işlər vəkili Bedriye əl-Şahhiyə çatdırıldığı bildirilib.
Açıqlamada sözügedən 15 nəfərin 48 saat ərzində Sudanı tərk etmələrinin tələb edildiyi qeyd edilib.
7NEWS.az








