RU
Sudan prezidenti Fətullah Gülənə bağlı məktəbləri bağladı
00:00
968

Sudan prezidenti Fətullah Gülənə bağlı məktəbləri bağladı

Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib.

7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xartumdakı səfir Camaləddin Ayhan ölkəsində baş vermiş son hadisələrin müzakirəsinə həsr olunmuş forumda bildirib.

“Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib”, - deyə səfir vurğulayıb.

C.Ayhan deyib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir:

“Sudan prezidenti Ömər əl-Bəşir hadisənin ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng vurmuş azsaylı dövlət başçılarından biri idi”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ