Ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 71-ə yüksəlib.
7NEWS.az xəbər verir ki, Sudan Səhiyyə Nazirliyi iyun ayından bəri ölkənin 11 əyalətində yağan güclü yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində ölənlərin sayının 173-ə yüksəldiyini bildirib. Nazirlikdən verilən açıqlamada ölkədə həddindən artıq yağışların və ardınca daşqınların 170 mindən çox insanın zərər çəkdiyi bildirilib. Açıqlamada daşqınlar nəticəsində ölənlərin sayının 173-ə, yaralıların sayının isə 505-ə çatdığı, 18 min 665 evin tamamilə, 14 min 947 evin isə qismən dağıldığı qeyd edilib.
7NEWS.az








