Sudanın Baş naziri Kamal İdris müvəqqəti hökuməti buraxıb.
Bu barədə Sudanın SUNA dövlət agentliyi məlumat verib.
"Müvəqqəti hökumətin Baş naziri Kamal İdris Nazirlər Kabinetinin buraxılması, baş katiblərə və nazir müavinlərinə yeni hökumət formalaşana qədər fəaliyyət göstərmələri barədə hökumət tərkibini məlumatlandırıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, mayın 20-də Sudan Silahlı Qüvvələri paytaxt Xartum vilayətini Çevik Reaksiya Qüvvələrindən olan üsyançılardan tamamilə azad etdiklərini elan edib.
Xatırladaq ki, 2023-cü ilin aprelindən bəri Sudanda ordu ilə Məhəmməd Hamdan Daqlonun komandanlıq etdiyi Çevik Reaksiya Qüvvələri arasında qarşıdurmalar davam edir. Beynəlxalq Qızıl Xaç Komitəsi xəbərdarlıq edib ki, uzun sürən münaqişə xəstəliklərin alovlanmasına və ölkənin səhiyyə sistemində sabitliyin tam şəkildə pozulmasına səbəb ola bilər.








