RU
Sudanda toqquşmalarda ölənlərin sayı 528-ə çatıb
11:06
21

Sudanda toqquşmalarda ölənlərin sayı 528-ə çatıb


7NEWS.az xəbər verir ki, aprelib 15-dən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmalar davam edir. Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada, qarşıdurmada can itkisinin 528-ə, yaralı sayının isə 4 min 599-a yüksəldiyi qeyd edilib. Açıqlamada paytaxt Xartumda səhiyyə xidməti göstərən mərkəzlərin sayının artırıldığı və xəstəxanalarla əlaqənin gücləndirildiyi bildirilib. Nazirlik həmçinin bildirib ki, fövqəladə vəziyyətdə olan insanlara tibbi yardım göstərmək üçün dost ölkələr, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ