RU
Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə yüksəldi
14:40
33

Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə yüksəldi

Sudanda vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayı 242-yə yüksəlib.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Nazirlikdən verilən açıqlamada bildirilib ki, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatıb.

Həmçinin açıqlamada, 11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayının 250 min 111-ə yüksəldiyi də qeyd edilib.
 
İyun ayından bu yana ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
 
Müharibənin davam etdiyi, səhiyyə sisteminin qarışıq olduğu ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirib.
 
Qeyd edək ki, iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox adam ölür, on minlərlə ev, iş yeri və əkinçilik sahəsinə ziyan dəyir.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ