RU
10:38
1336

"Süfrə mədəniyyətinin aşılanması" layihəsi çərçivəsində təlim keçirilib

10.11.2016 tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən VIII qrant müsabiqəsinin qalibi olmuş ”Süfrə mədəniyyətinin aşılanması” adlı layihənin təlimi keçirilib.
 
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rövşanə Turabova  layihənin məqsədi və bundan sonra görüləcək işlər barədə iştirakçılara məlumat verib.Daha sonra təlimçi ,"İqtisadçı Tələbələrə Dəstək" İB-nin təsisçisi və sədri  Səməd Rzazadə layihə haqqında ətraflı məlumat verib.Layihədə masa ətrafında düzgün oturuş və etik qaydalar haqqında məlumat verilib.Gənclər arasında müzakirələr aparılıb.
Layihə gənclərin sual və təklifləri ilə davam edib.
 
7News.Az







BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ