RU
lombard
Sükan arxasında ölən sürücü son anda peşəkarlıq göstərdi
10:46
1265

Sükan arxasında ölən sürücü son anda peşəkarlıq göstərdi

Seyfulla Şükürov halı pisləşən kimi dərhal maşını kənara çəkərək saxlayıb

Lənkəran sakini sükan arxasında dünyasını dəyişib.

Rayonun Gərmətük qəsəbə sakini, 1953-cü il təvəllüdlü Seyfulla Şükürov sentyabrın 22-də ona məxsus “VAZ-21011” markalı minik avtomobilini idarə edərkən qəfildən vəziyyəti pisləşib.

Sürücü dərhal maşını kənara çəkərək saxlayıb. Ətrafdakıların müdaxiləsi ilə S.Şükürov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər ona heç bir kömək edə bilməyiblər.

Sürücünün meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Onun ölümünün dəqiq səbəbləri həyata keçirilmiş ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ