RU
Şükür Həmidovun şəhid olduğu yerə lövhə qoyuldu - FOTO
14:41
192

Şükür Həmidovun şəhid olduğu yerə lövhə qoyuldu - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şəhid olduğu yerdə fotoşəkli əks olunan lövhə qoyulub.

7News.Az unikal.org-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.  

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzuli, Zəngilan və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ