RU
Sülh müqaviləsi regionda yeni mühit formalaşdıracaq” – Elşən Musayev
16:53
98

Sülh müqaviləsi regionda yeni mühit formalaşdıracaq” – Elşən Musayev

"Sülh müqaviləsinin imzalanması bölgədə yeni mühitin, sabit durumun formalaşması üçün çox önəmli şərtdir və bunun alternativi yoxdur. Ermənistan da anlamalıdır ki, həmin müqavilənin imzalanmasını ləngitmək onun regiondakı vəziyyətini daha da pisləşdirəcək, eyni zamanda Ermənistanı beynəlxalq kommunikasiyalardan kənarda saxlayacaq” – Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bildirib.

 

"Azərbaycan müharibə zamanı öz halal, əzəli torpaqları uğrunda mübarizə aparıb və həmin torpaqları geri qaytarıb, işğaldan azad edib. Ermənistan dövləti də bu reallıqla barışmalıdır və cığal, avantürist, revanşist siyasətdən uzaq dayanmalıdır. Azərbaycan yetərincə güclüdür, haqlıdır, ədalətlidir. Elə ən doğru təklifləri təqdim edən, bölgədə barış, sabitlik istəyən tərəf də məhz Azərbaycandır. Ermənistanın isə həmin təkliflərlə razılaşmaqdan başqa çarəsi yoxdur.

 

Paşinyan artıq mətbuata açıqlamasında sülh müqaviləsi haqda danışmağa başlayıb və həmin müqavilənin tezliklə imzalanacağının mümkünlüyünə işarə vurub. Hər halda yaxşı haldır. O baxımdan ki, bu proses onsuzda gec-tez reallaşacaq və Paşinyan da deyəsən məlum reallığı anlamağa, dərk etməyəbaşlayıb” – deyə millət vəkili fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ