RU
“Sülh müqaviləsinin alternativi yoxdur” – DEPUTAT
19:02
49

“Sülh müqaviləsinin alternativi yoxdur” – DEPUTAT

"İndi dövr dəyişib, şərait dəyişib, vəziyyət dəyişib. Azərbaycan hazırda qalib və güclü tərəfdir. Üstəlik, həm də diktə edən tərəfdir. Bircə o qalıb ki, Ermənistan və Paşinyan da həmin reallığı dərk etsin, həmin reallıqla barışsın. Vəssalam. O da olacaq. Çünki alternativ yoxdur. Sülh müqaviləsi bütün hallarda imzalanacaq və bu, Ermənistanın arzusu, istəyi ilə bağlı məsələ deyil. Yəni, Paşinyan istəməsə, zaman uzatsa, prosesi gecikdirsə belə, yenə həmin müqavilə imzalanacaq. Sadəcə hələ onu normal şəkildə başa salmağa çalışırlar. Başa düşməsə başa düşdüyü dildə danışılacaq.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. 

"Ermənistanı idarə edənlərin heç biri bu günə qədər normal siyasət yürüdə, praqmatik düşünə bilməyiblər. Hamısı yanlış yolda olublar və ona görə də günbəgün uçurumun dibinə doğru gediblər. 
Torpaqlarımızı 30 il işğal altında saxlayıb nə qazandılar? Heç nə. Amma itirdikləri çox şey oldu. Bütün beynəlxalq kommunikasiyalardan kənarda qaldılar, hər kəs onları işğalçı kimi tanıdı, hər yerdə qınandılar və beləcə dövlət də bədbəxt oldu, xalq da. Odur ki, bundan sonra da səhv etsələr, bölgədəki sülhə, sabitliyə əngəl olmaq istəsələr, təxribatlara son verməsələr ziyanı ancaq özlərinə vuracaqlar.” - deyə Partiya sədri fikirlərinə davam edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ