RU
“Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi
11:03
535

“Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 11 fevral, 2016-cı il tarixində 7-ci qrant müsabiqəsinin qalibi olan “Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Layihənin ideya rəhbəri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalı Orxan Rəhimzadədir.

“Sülh üçün Oyna” futbol turnirinin məqsədi gənclər arasında sülh və bəşəri dəyərləri təbliğ etmək, sülh quruculuğu və mədəniyyətini gənclər arasında diqqət mərkəzində saxlanılmasına çalışmaqdır. Layihə istiqamətində 10-15 yaşlı məktəblilər arasında futbol turnirinin təşkil olunması və Sülh üçün Oyna adlı video çarxın hazırlanması nəzərdə tutulmuşdur.

Tədbiri ilk olaraq layihə rəhbəri Orxan Rəhimzadə açdı və layihənin mahiyyəti barədə məlumat verdi. Azərbaycan Gənclərinin Avropaya İntqerasiyası Təşkilatı (AGAT) Təşkilatının sədri Nərgiz Xələf də çıxış edərək gənclərə sülhlə bağlı mesajını çatdırdı. Daha sonra Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova söz verildi. O da öz növbəsində layohə ilə bağlı fikirlərini bölüşdü və gənclərə uğurlar arzuladı. Növbəti olaraq layihə müddətində keçirilən futbol turnirinin qalibləri müəyyən olundu.

Beləliklə 1-ci yeri Xocəsən İdman məktəbi, 2-ci yeri Suraxanı İdman məktəbi, 3-cü yeri İOKİM idman məktəbi qazandı. Onlar layihə rəhbəri və AGAT təşkilatı tərəfindən kubokla təltif olundular. Ümumilikdə turnirdə iştirak edən bütün komandalara sertifikat verildi. Sonda məktəblilər və Qurban Qurbanov arasında maraqlı disskusiya baş verdi.

“Sülh üçün Oyna” layihəsinin tərəfdaşı olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən təşkil olunmuşdur       

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ