RU
18:20
537

"Sumkanı götürürdüm ki, polislər tutdu" - Sumqayıtda dələduzlar saxlanıldı - VİDEO

Polisin əməliyyat - axtarış tədbirləri nəticəsində soyğunçuluq və oğurluq cinayətləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Azər Təhməzov tutulub.
 
Aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Firəngiz Hüseynovanın mobil telefonunu, Gülnaz İsayevanın 104 manat pulunu və sənədini soyğunçuluq yolu ilə aldığı habelə Sevda İsmayılovaya və Esmiralda Həsənovaya məxsus avtomobillərdən pul, eləcə də məişət əşyaları oğurladığı müəyyən edilib: "Qız həyətlə gedəndə telefonu götürüb qaçdım Tərlanın yanında.
 
"28 May"da maşın işıqforda dayanan yerdə götürüb qaçdım. Sonra yenə həmin yerdə eyni cürə maşından çantanı götürüb qaşdım. Daha bir qızın çantasını həyətdə oğurlayıb qaçdım. Birindən heç pul çıxmadı tulladım".  Paytaxt polisinin növbəti əmıliyyat - axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.  Dekabrın 26 - sında Nəsimi rayonu ərazisində həmin şəxs Bakı şəhər sakini Günel Rəcəbovaya zor tətbiq edərək içərisində 270 manat, 130 dollar, 50 avro və telefon olan pul kisəsini ələ keçirib.
 
 Cinayəti törətməkdə təqsirləndirilən paytaxt sakini Bəhruz Məmmədov hadisə yerinə qaçmağa cəhd göstərən zaman Nəsimi Rayon Polis İdarəsi 22 ci polis bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində saxlanılaraq istintağa təhvil verilib: "Gördüm ki, 2 qız əllərində sumka gedirlər. Sumkanı götürməyə cəhd edəndə ordakı polislər tutub apardı məni şöbəyə".  
 
Nəsimi Rayon Polis İdarəsi əməkdaşları oğurluq və cibgirliklə məşğul olmaqda təqsirli bilinən Elçin Yusifovu da saxlayıblar. Üzərində narkotik vasitələri qanunsuzsaxladığına görə əvvəllər məhkum olunmuş Yasamal rayon sakini Elçin Yusifovun Bakı şəhər sakinləri Vüsalə Ağalarovanın çantasından, Reyhan Valehovaya məxsus mağazadan və Ülviyyə Kərimovanın cibindən pul oğurladığı müəyyən edilib: "3 dükandan oğurluq etmişəm. Pulları da narkotik vasitəsinə xərcləmişəm".
 
 Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq işi başlanılıb, araşdırmalar davam etdirilir.  Polis əməkdaşları soyğunçuluq və oğurluq etdikləri üçün saxlanıan bu şəxslərin digər cinayətlərdə iştirakını istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa  bu barədə DİN - in 102 zəng mırkəzinə və ya Nəsimi rayon Polis İDarəsinə müraciət edə bilərlər.//ARB TV
6
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ