RU
Sumo güləşçisi qaçarsa - mənzərə belə olar
16:16
630

Sumo güləşçisi qaçarsa - mənzərə belə olar

Ağır çəkiləri ilə hər zaman diqqət mərkəzində olan sumo güləşçiləri bu dəfə bəxtlərini qaçış meydançasında sınadılar.

Yaponiyada 3 sumo güləşçisinin döyüş meydanı əvəzinə, qaçış platformasına çıxması ortaya komik mənzərə çıxarıb. Ağır çəkili güləşçilərinin finiş xəttinə çatmaq üçün, zaman və kilolarına qarşı apardığı mübarizəsi başqa bir sumo güləşçisi tərəfindən lentə alınıb.

Hər birinin çəkisi azı 148 kiloqram olan güləşçilər sözün əsl mənasında finiş xəttinə doğru var gücləri ilə qaçıblar. Amma onların çəkisi sürətlərini kifayət qədər azaldıb. Bu gülünc durum isə tamaşaçıların da diqqətindən yayınmayıb. Sumo güləşçilərinin qaçmağa başlaması ilə birgə tribunada qəhqəhə qopub.

Amansız və qızğın mübarizədə 30 metr aralıdakı finiş xəttinə birinci Kaiho adlı sumo güləşçisi çatıb./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ