RU
Sumqayıt bulvarında bıçaqlanma
13:40
426

Sumqayıt bulvarında bıçaqlanma

Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan 7News.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

İstintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ