RU
Sumqayıt Dövlət Universitetində 30 nəfəri işdən çıxarırlar – ÖZƏL
14:05
1103

Sumqayıt Dövlət Universitetində 30 nəfəri işdən çıxarırlar – ÖZƏL

"Bizə qol çəkdirdilər ki, ixtisara düşürük. Sentyabr ayından etibarən işdən azad edilirik”.

Bu barədə Skrom.net saytına universitetdə işləyən müəllimlər xəbər veriblər.

Onların sözlərinə görə, 30 nəfər işdən azad edilib. Onlara öz istəkləri ilə işdən azad olduqlarını göstərən sənədlərə qol çəkdiriblər: "Bizə dedilər ki, ixtisara düşmüşük. 30 nəfər müəllim və texniki heyət işdən azad edilir. Hazır ərizələrə qol çəkdik ki, guya öz istəyimizə işdən çıxırıq. Buna kim inanar? Birdən-birə 30 nəfər niyə istefa versin ki? Hamımız ailə saxlayırıq. Hazırda deyilənə görə, sentyabr ayına qədər işləyəcəyik”.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ