RU
Sumqayıt qatarı gecikdi, sərnişinlər yolda qaldı - FOTOLAR+VİDEO
12:41
558

Sumqayıt qatarı gecikdi, sərnişinlər yolda qaldı - FOTOLAR+VİDEO

Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlində gecikmələr müşahidə olunur.


7News.Az xəbər verir ki, 08:30-da Sumqayıtdan Bakı istiqamətində hərəkət etməli olan qatar stansiyadan vaxtında çıxmayıb. 

Nəticədə Sumqayıt sərnişin stansiyasında sıxlıq müşahidə olunub. Qatar yarım saat gecikmə ilə saat 9:00-da Sumqayıt sərnişin stansiyasından Bakıya hərəkət edib. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmisi Nadir Əzməmmədov bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib.



 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ