RU
Sumqayıt Şəhər İcra Hakimiyyəti: Eldar Əzizov iş başındadır
11:43
4212

Sumqayıt Şəhər İcra Hakimiyyəti: Eldar Əzizov iş başındadır

“Yerli KİV-də yanlış məlumat yayılıb”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iş başındadır. 

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətidən məlumat veriblər.

İcra Hakimiyyətindən bildiriblər ki, Eldar Əzizovun icra başçısı vəzifəsindən azad edilməsi tamamilə yanlış informasiyadır:

“Yerli KİV-də yanlış məlumat yayılıb. Eldar Əzizov işdən çıxarılmayıb. O, iş başındadır”.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumata görə, Sumqayıtın icra başçsı Eldar Əzizov postundan azad edilib, o Bakının Nizami rayonuna rəhbər aparılıb. Digər məlumata görə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub./oxu

7news.az

//

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ