Bakı-Sumqayıt şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb. Belə ki, Rüfət Həsənov sərxoş halda Bakı-Sumqayıt şossesinin piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu naməlum avtomobil vurub. Hazırda hadisəni törədən sürücünün axtarışları davam etdirilir.








