RU
Sumqayıt yolunda zəncirvari qəza: 6 avtomobil toqquşdu — FOTOLAR
23:28
422

Sumqayıt yolunda zəncirvari qəza: 6 avtomobil toqquşdu — FOTOLAR

Sumqayıt yolunda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. 

Qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib.  
Məlumata görə, "QAZ 31", "VAZ 2107", "QAZ 24" markalı minik avtomobilləri, iki  "KamAZ" və "İsuzu" markalı yük avtomobilləri toqquşub.
 
İlkin məlumata görə, hadisə yük maşınlarından birinin  aşmış "Kamaz" markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.
 
Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.      
 
Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər./apa

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ