Sumqayıtda 23 yaşlı şəxs dəm qazından boğularaq ölüb. Hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) dəm qazından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.