Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ruqiyyə Əsgərovanınsədrliyi ilə keçirilən prosesdə İ. Qəmbərovun vəkili Əli Hüseynovvəsatətlə çıxış edib.
O, prosesdə əlavə şahid qismində Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov, Sumqayıtın baş cərrahı Rəfiəli Novruzov və tibb mərkəzinin əməkdaşlarının dindirilməsini istəyib. Vəkil qeyd edib ki, həmin şahidlərin iştirakı ilə ekspertiza rəyləri araşdırılmalıdır: "Tibb mərkəzinin əməkdaşları da dəvət edilsin, onlar əməliyyatdan sonra Arzunun oyanmasını görüblər".
Məhkəmə vəsatəti təmin edib./apa
7news.Az








