RU
Sumqayıtda 3 yük maşını toqquşdu
15:20
1609

Sumqayıtda 3 yük maşını toqquşdu

Sumqayıtda 3 yük maşını toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, iyunun 17-də saat 05 radələrində Sumqayıt şəhərində Zaqatala rayon sakini Ramazan Cumayev idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı iki avtomobilə vurub.

“KamAZ” markalı avtomobillərdən birinin sürücüsü - Şabran rayon sakini Əjdər Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ