RU
Sumqayıtda 31 yaşlı kişi intihar edib
09:05
474

Sumqayıtda 31 yaşlı kişi intihar edib

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

 

7News.Az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə oktyabrın 26-da baş verib. Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Eminov Fuad Şirvan oğlu yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, bina 13/14, mənzil 25-də özünü giriş qapısından asaraq intihar edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ