RU
Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanaraq öldürülüb
16:10
235

Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanaraq öldürülüb

Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanaraq öldürülüb.

7NEWS.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaqla xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ