Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. İnsident şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
"Volkswagen” markalı avtomobil "Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 37 yaşlı Taleh Əhmədov hadisə yerində həyatını itirib, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.








