Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.
7News.Az xəbər verir ki, şəhər Prokurorluğundan " verilən məlumata görə, Sumqayıt sakini, 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.
Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qanitirmə nəticəsində dünyasını dəyişib.
X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.








