Sumqayıtda 1984-cü il təvəllüdlü Cəmalə İmran qızı Quliyevanı öldürməkdə şübhəli bilinən həyat yoldaşı, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev saxlanılıb.
O, hadisəni törətdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.
Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
02:24
Sumqayıtda ər arvadını boğaraq öldürüb.
Hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Cəmalə Quliyevanın həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.








