RU
Sumqayıtda bütöv bir küçə Günəş işığına həsrət qoyulub-FOTOLAR
11:24
641

Sumqayıtda bütöv bir küçə Günəş işığına həsrət qoyulub-FOTOLAR

Sülh küçəsində binalar inşa edən iş adamı Azər İsmayılov yaşıllıqları da məhv edib.

Sumqayıt şəhərində yerləşən 1-ci mikrorayon sakinləri bu gedişlə Günəş işığına həsrət qalacaqlar. Buna səbəb onların yaşadıqları binaların arxasında və önündə hündürmərtəbəli yaşayış binalarının inşa olunmasıdır.

Bu barədə məlumat verən 5/7 saylı binada yaşayan İslam İmanov yazır ki, bəzi iş adamlarının inşa etdikləri tikililər onların gününü qara edib. Üstəlik, ərazidəki bütün yaşıllıqlar da məhv olmaq üzrədir. «Bu adamlar tikidikləri binanın enini, uzununu və hündürlüyünü artırmaqla heç kimə məhəl qoymurlar. Həmin obyektlərdən biri dünənə kimi, «Azercell»in Müştəri Xidmətlərinə məxsus idi və onun ətrafında tikililər aparılır. Həmin inşaat işlərini aparanlardan biri Azər İsmayılov adlı bir iş adamına məxsusdur. Bu şəxsin Sumqayıtda olmayan obyekti yoxdur. İnd idə Sülh küçəsini, yaşadığımız binanın arxasını zəbt edərək, gün verib, işıq vermir».

İslam İmanov onu da bildirib ki, baş verənlərlə bağlı dəfələrlə sabiq icra başçısı Eldar Əzizova müraciət etsələr də, heç bir tədbir görülməyib. «Ümid edirik ki, Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov vəziyyətimizi yerindəcə öyrənib, lazımi tədbirlər görəcək. Ən azından Zakir müəllim şəhərimizin problemlərinə yaxşı bələddir»./jam

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ