Sumqayıtda daha bir ağır yol qəzası baş verib.
Ötən gecə, saat 01:40 radələrində "Wolksfagen Polo" markalı, 99 NZ 790 dövlət qeydiyyat nişanlı avtomobil Sülh küçəsində sürücünün idarəetməsindən çıxaraq maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan şəxslərdən 20 yaşlı oğlan aldığı xəsarətlərdən vəfat edib. Daha iki gənc oğlan isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./lent
7news.Az








