RU
Sumqayıtda dəhşətli qəza -
11:45
1592

Sumqayıtda dəhşətli qəza -

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

7news.Az AzVision.az-a istinadən xəbər verir ki, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girişində “Hyundai Azera” markalı avtomobil 3 nömrəli marşrut avtobusuna çırpılıb.

Avtomobildə olan 4 nəfərdən 3-ü hadisə yerində keçinib. Məlumata əsasən, qəzanı törədən sürücü əslən Zəngilan rayonundan olan yol polisi baş serjantı Ramin Tahirovdur. O, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş.

Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın olub. Ramin Tahirovla yanaşı həmin qadınlar da qəza zamanı həlak olub. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

7news.Az

Sumqayıtda dəhşətli qəza - Yol polis və iki qadın öldü

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ