RU
Sumqayıtda dənizdə batan 14 yaşlı oğlanın meyiti tapıldı
15:15
393

Sumqayıtda dənizdə batan 14 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.

Bu barədə 7NEWS.Az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ