RU
Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb
19:00
838

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) axtarışları başa çatıb.

Bu barədə 7NEWS.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ