Sumqayıt şəhərində dənizkənarı parkda kişi meyiti tapılıb.
7News.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəsimi adına Mədəniyyət və İstirahət Parkında qeydə alınıb. Park ərazisində ağacdan asılı vəziyyətdə olan kişi meyiti aşkarlanıb. Hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında olan kişinin intihar etdiyi bildirilir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








