Sumqayıtda qadın dördüncü mərtəbədən yıxılıb.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb.
1992-ci il təvəllüdlü Hümbətli Türkan Qalib qızı yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb.
Qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır./apa








