RU
Sumqayıtda intihara cəhd edən şəxs xilas edilib
17:15
540

Sumqayıtda intihara cəhd edən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

7NEWS.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ