RU
Sumqayıtda işçilər arasında kütləvi zəhərlənmə
20:30
468

Sumqayıtda işçilər arasında kütləvi zəhərlənmə

Sumqayıtda yerləşən müəssisələrdən birində işçilər arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən USPAY texnologiyalar müəssisəsində qeydə alınıb.

Məlumata görə, nahar vaxtı qida qəbul etdikdən sonra 15 işçi özünü pis hiss edib. Zəhərlənən şəxslər 1 saylı Sumqayıt şəhər Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırılıb. Onlar ilkin ambulator yardım aldıqdan sonra evə buraxılıblar./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ