Sumqayıt şəhərində küçədə kişi meyiti aşkarlanıb. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Məlumata əsasən, küçədə ölən şəxsin 1963-cü il təvəllüdlü Qurbanxan Rufullayev olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.