RU
Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alan var
13:20
269

Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alan var

Sumqayıt şəhərində minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, "Tofaş" markalı avtomobil 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Kənan Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ