Sumqayıt şəhərində küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qərar verib.
Qeyd edək ki, bir müddət öncə Sumqayıt gəncləri şəhərdəki küçələrin birinə Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi ilə bağlı maraqlı təkliflə çıxış etmişdilər.
7news.Az








