Gənc qızın şəxsiyyəti dəqiqləşdirilib.
Sumqayıtda 24 yaşlı qız qətlə yetirilib.
7News.Az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Səbinə Salayevanın meyiti yaşadığı evdən bir neçə metr aralıda tapılıb. 1992-ci il təvəllüdlü qızın bədənində 26 bıçaq xəsarəti aşkarlanıb.
Səbinə Cavanşir qızı Salayevanı qətlə yetirən şəxsin Bakı şəhər sakini olduğu müəyyənləşib. Hadisə qısqanclıq zəminində baş verib. Polisdən qaçıb gizləndiyindən, hadisədə təqsirli bilinən şəxsin kimliyi hələlik açıqlanmır.
İlkin ehtimala görə, hadisəni törədən şəxs qızı sevdiyini dilə gətirib, əks tərəfdən yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
22.01.2016
Bu gün Sumqayıt şəhərində gənc qızın meyiti tapılıb.
7News.Az xəbər verir ki Lent.az-ın məlumatına görə, Corat qəsəbəsində yaşayan qızın meyiti yaxınları tərəfindən yaşadığı evdə tapılıb.
Gənc qızın meyiti qan içində olub.
Çoxsaylı zərbələrlə qətlə yetirilən gənc qız 1992-ci il təvəllüdlü Salayeva Səbinə Cavanşir qızı olub.
Qətlin hansı zəmində, hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik tam məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.








