RU
Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb
13:10
34

Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb

Ötən gecə Sumqayıtda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 1987-ci il təvəllüdlü Şirinov Zaur Əliəskər oğlu olduğu müəyyənləşib.

O, saxlanılaraq məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Çerkası küçəsində baş verib. Hadisə nəticəsində piyada, 2006-cı il təvəllüdlü Ceyhun Cavadov ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ