Sumqayıt şəhərində restoranda yanğın başlayıb.
7News.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən "Baharlı" restoranında qeydə alınıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dğvlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.









