Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sosial şəbəkədə yayılan görüntülərdə 555 saylı marşrut xətti ilə Qaradağ rayonu Müşfiq qəsəbəsindən Sumqayıt istiqamətində hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı avtobusun 90-VB-910 dövlət nömrə nişanlı "Opel” markalı avtomobillə toqquşduğu əks olunub.
Hadisənin avtobusun ötmə əməliyyatını pozması nəticəsində baş verdiyi qeyd edilib.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.
7News.Az








