Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.
7News.Az-ın publika.az-a istinadən məlumatına görə, hadisə 26-cı məhəllə ərazisində baş verib.
Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








