Sumqayıt şəhərində kütləvi dava olub.
Dava zamanı 23 yaşlı Nəbi Qarayevə 3 bıçaq zərbəsi vurulub.
Həmçinin davada onun qardaşları - 29 yaşlı Miri Qarayev və 22 yaşlı İmran Qarayev naməlum şəxslər tərəfindən döyülüblər.
Hər üç qardaş Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. N.Qarayevin vəziyyəti stabil-ağırdır.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları araşdırma aparır./report
7News.Az








